IMG-LOGO

İspaniyada yaşayış binasında baş verən yanğın nəticəsində beş yeniyetmə ölüb

17 Feb 2026 12:59 5 baxış
IMG

Çərşənbə axşamı gecə İspaniyanın Kataloniya bölgəsindəki Manleu şəhərində beşmərtəbəli binada baş verən yanğın nəticəsində beş yeniyetmə həlak olub.

"Report"un məlumatına görə, bu barədə İspaniya KİV-ləri xəbər verir.

Bundan əlavə, dörd nəfər yüngül xəsarət alıb.

Yanğın üst mərtəbədəki anbarda başlayıb və naməlum səbəblərə görə içəridə olan insanlar xilas ola bilməyiblər.

Yanğının söndürülməsinə 13 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın baş verən binadan insanlar təxliyə edilməli olub. Səhər saat 5 radələrində bir neçə ailə evlərinə qayıda bilib, lakin üç nəfər otelə yerləşdirilib.

Xəbər lenti