IMG-LOGO

Qazaxıstanda MDB-də ilk ekoloji yanacaq istehsalı zavodu inşa ediləcək

17 Feb 2026 10:53 4 baxış
IMG

Qazaxıstanda ekoloji avtomobil və aviasiya yanacağı istehsalı zavodu inşa ediləcək.

"Report" xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qazaxıstanın "QazMunayQaz" milli şirkəti ilə amerikalı tərəfdaşlar arasında əməkdaşlıq çərçivəsində ekoloji avtomobil və aviasiya yanacağı (SAF) istehsalı zavodunun tikintisi layihəsinin həyata keçirilməsinə başlanılıb. Bu, MDB-də ilk belə zavod olacaq.

Zavodun istehsal gücü 50 min ton yanacaq, investisiya qoyuluşu isə təxminən 200 milyon dollar təşkil edəcək.

Xəbər lenti