Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 31 020 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edib.
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Qeydiyyata alınan mülkiyyət hüququnun 5 594-ü (18 %) ilkin, 25 426-sı (82 %) isə təkrar qeydiyyatın payına düşüb.
Ötən ay fərdi yaşayış və bağ evi üzərində – 6 420, mənzil – 7 338, torpaq sahəsi – 16 184, qeyri-yaşayış binası – 271, qeyri-yaşayış sahəsi – 754, əmlak kompleksi – 47 və çoxmərtəbəli yaşayış binası – 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7 562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb.
Yanvarda 21 928 texniki pasport tərtib edilib, 5 271 ipoteka müqaviləsi qeydiyyata alınıb.