IMG-LOGO

Bakınınbu qəsəbəsinin işığı kəsilir

17 Feb 2026 10:23 2 baxış
IMG
0 0

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, fevralın 17-də ETSİ ərazisində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Azərişıq

Xəbər lenti