ABŞ-də Nyu-Meksiko qanunvericiləri bazar ertəsi günü amerikalı maliyyəçi Jeffri Epşteynin Zorro rançosundakı hadisələrlə bağlı ilk tammiqyaslı araşdırmaya başlamaq üçün qanun layihəsini qəbul ediblər.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ikipartiyalı komitə ştatın paytaxtı Santa-Fe şəhərindən təxminən 30 mil cənubda yerləşən bir rançoda cinsi istismar qurbanlarından ifadə alacaq.
Qanunvericilər həmçinin yerli sakinləri ifadə verməyə çağırıblar.