IMG-LOGO

Mətbuat Rusiya, Ukrayna və ABŞ arasındakı danışıqlara buraxılmayacaq

17 Feb 2026 00:43 2 baxış
IMG

Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar mətbuat üçün bağlı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"KİV nümayəndələri Rusiya, Ukrayna və ABŞ arasında keçiriləcək üçtərəfli danışıqlara buraxılmayacaq və müzakirələr qapalı qapılar arxasında keçiriləcək", - açıqlamada qeyd olunur.

Xəbər lenti