IMG-LOGO

Sabah Naxçıvanın bu bölgələrində işıq olmayacaq

16 Feb 2026 21:42 4 baxış
IMG
3 0

Sabah Naxçıvan şəhərində Azərişıq ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Lent.az xəbər verir ki, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasından qidalanan “Xəstəxana–Asfaltzavod” 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən dövrədən açılacaq.

Bununla bağlı da şəhərin 48, 49 və 52-ci məhəllələrdə saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq. (Azərtac)

Naxçıvan elektrik

Xəbər lenti