IMG-LOGO

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisi müvəqqəti dayandırılacaq

16 Feb 2026 20:40 3 baxış
IMG

"Azərişıq" ASCnin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.

"Report"un yerli bürosunun məlumatına görə, fevralın 17-də 35/10 kV-luq "Xətai" yarımstansiyasından qidalanan "Xəstəxana–Asfaltzavod" 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar şəhərin 48, 49 və 52-ci məhəllələrində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçiriləcək.

Xəbər lenti