IMG-LOGO

Hindistanın qərbində 28 məktəb partlayış təhdidi olan məktublar alıb

16 Feb 2026 18:03 3 baxış
IMG

Hindistanın qərbindəki Qucarat ştatının ən böyük şəhərlərində ən azı 28 məktəb partlayış təhdidi olan elektron məktublar alıb.

"Report" xəbər verir ki, bu barədə "Economic Times" nəşri məlumat yayıb.

"Qucarat ştatındakı Əhmədabad və Vadodarada ən azı 28 məktəb partlayış təhdidi olan elektron məktublar alıb, bundan sonra kampuslar təxliyə edilib", - nəşr yazıb.

Hadisə fonunda təhlükəsizlik tədbirləri gücləndirilərək elektron məktubların mənbəyini müəyyən etmək üçün araşdırma başladılıb.

Ötən həftə Hindistan paytaxtındakı bir sıra məktəblərə də oxşar partlayış təhdidi olan elektron məktublar göndərilmişdi.

Xəbər lenti