IMG-LOGO

Əsrin fəlakəti: Konteyner şəhərciyinin ümidini itirməyən sakinləri - Zəlzələ bölgəsindən FOTOREPORTAJ

06.02.2024 14:55 99 baxış
IMG

Bu gün Türkiyənin cənub - şərqində baş verən dağıdıcı zəlzələdən bir il ötür. On minlərlə insanın həyatına son qoymuş, yüz minlərlə insanın həyatını tamamı ilə dəyişmiş, evsiz qoyaraq yaxınlarını əlindən almış zəlzələnin fəsadları hələ də aradan qaldırılmaqdadır.

Bununla belə, Türkiyə dövləti bölgəni tam şəkildə yenidən həyata qaytarmaq üçün bütün gücünü səfərbər edib. Artıq minlərlə insana yeni evlərinin açarları təqdim olunur, digərləri isə bu günü səbirsizliklə gözləyir. Belə ki, bərpa işləri çərçivəsində TOKİ binalarının da inşası yekunlaşmaq üzrədir. Bu ilin sonunadək 200 min mənzilin sahiblərinə təslim edilməsi də gözlənilir.

Lakin, iki ardıcıl zəlzələnin episentri olmuş Kahramanmaraşda 138 mindən çox insan hələ də konteynerlərdə yaşamağa davam edir. Lent.az bildirir ki, bölgəyə ezam olunmuş APA-nın Türkiyə müxbiri həmin ərazidə insanların yaşayışını görüntüyə alıb.

Görüntüləri təqdim edirik:

Xəbər lenti