IMG-LOGO

İtaliya Azərbaycanın öz bazarında mövcudluğunu genişləndirməsini dəstəkləyəcək

16 Feb 2026 16:37 3 baxış
IMG

İtaliya öz bazarında Azərbaycanın iştirakının gücləndirilməsinə və ikitərəfli investisiya əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş bir sıra əməliyyatları dəstəkləmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi Romada keçirilən "Qafqazdan Aralıq dənizinə" adlı konfransda bəyan edib.

Onun sözlərinə görə, konfransın mövzusu İtaliyanın Avropa və Aralıq dənizi regionuna çıxış üçün bir hab kimi rolu ilə Azərbaycanın təkcə Mərkəzi Asiyaya deyil, ümumilikdə Asiyaya açılan giriş qapıları kimi rolu arasında paralel olub.

"İkitərəfli münasibətlərimiz bu illər ərzində yetkinlik dövrünə çatıb. Əminəm ki, biz yeni mərhələnin başlanğıcındayıq, bu mərhələdə iki ölkə arasındakı qarşılıqlı fəaliyyət fundamental kommersiya aspektləri ilə yanaşı, həm də əsl strateji tərəfdaşlıq xarakteri alır", - M.Traldi qeyd edib.

Palatanın rəhbəri xatırladıb ki, 2020-ci ildə keçirilən birinci biznes forum zamanı Çoxölçülü strateji tərəfdaşlıq rəsmiləşdirilib və bu, sonrakı illərdə İtaliya ilə Azərbaycanı daha da yaxınlaşdırıb.

Onun sözlərinə görə, son hadisələr Azərbaycanın təkcə enerji resurslarının təchizatçısı və ya İtaliyaya məxsus avadanlıqların alıcısı kimi deyil, həm də İtaliya iqtisadiyyatında tamdəyərli tərəfdaş və maraqlı tərəf kimi çıxış etmək istəyini sübut edir.

"Bu gün Azərbaycanın İtaliyadakı iştirakı ilə bağlı mühüm əməliyyatlar həyata keçirilir. Söhbət enerji sektorundan başlayan, lakin onun hüdudlarından xeyli kənara çıxan investisiyalar və tərəfdaşlıqlardan gedir. Bu həm Azərbaycan Dövlət Neft Fondunun mühüm investisiyaları, həm də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın ən böyük ilkin emal qruplarından birini əldə etməsidir.

Bunlar münasibətlərimizdə "sürət dəyişikliyi"nin ilk, lakin artıq konkret siqnallarıdır. Onlar qaçılmaz olaraq ticarət mübadiləsinin artmasına səbəb olacaq. Potensial isə son dərəcə yüksək olaraq qalır və biz bu istiqamətdə fəal şəkildə işləməyə hazırıq. Gələcəkdə biz Azərbaycanın İtaliya bazarında iştirakının daha da nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq bir sıra əməliyyatları dəstəkləməyi planlaşdırırıq. Bu, İtaliya-Azərbaycan işgüzar dairələrini daha da yaxınlaşdıracaq və yeni təşəbbüslər üçün məkan yaradacaq", - M.Traldi vurğulayıb.

Xəbər lenti