Çinin Hefey şəhərinin sakini, He soyadlı kişi lotereya biletlərinə xərclədiyi 130.000 dolları geri almaq üçün məhkəməyə müraciət edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, kişi onları Çjan soyadlı sertifikatlı agent vasitəsilə alıb, sosial mediada təlimatlar göndərib və pulu köçürüb
Agent rəsmi məntəqələrdən biletlər alıb və müştəriyə fotoşəkillər göndərib.
Çjanıın sözlərinə görə, o, alıcını dəfələrlə risklər barədə xəbərdar edib və hətta potensial itkilər barədə yazılı bildiriş də göndərib.
Uduş əldə etmədikdə, o, sosial media vasitəsilə bilet satışının qanunsuz, müqavilənin etibarsız olduğunu və pulun geri qaytarılması tələbi ilə məhkəməyə iddia verib.
Məhkəmə iddianı rədd edərək, iddiaçının lotereyanın qalibiyyəti təmin etmədiyini başa düşən yetkin şəxs olduğunu müəyyən edib.
Məcburiyyətə dair heç bir dəlil təqdim edilməyib və agentin risklər barədə xəbərdarlıqları qüvvədə saxlanılıb.
Lotereya bileti uduş 130 min dollar