IMG-LOGO

Günay Məmmədzadə: "Azərbaycan çempionatı analıq məzuniyyətindən sonra qatıldığım ilk klassik turnir idi"

16 Feb 2026 15:50 2 baxış
IMG

Azərbaycan çempionatı Günay Məmmədzadənin analıq məzuniyyətindən sonra qatıldığı ilk klassik şahmat turniri olub.

Son ölkə çempionu bunu "Report"a açıqlamasında deyib.

"Bir ildir klassik şahmata fasilə vermişdim. Analıq məzuniyyətindən sonra qatıldığım ilk klassik turnir idi. Əsas məqsədim şahmat oynamaq idi. Düzdür, bundan əvvəl rapid və blits üzrə turnirlərdə oynamışdım, amma klassik şahmat tamamilə fərqlidir. Bir illik fasilə və praktikanın olmaması özünü göstərdi, buna görə də nəticə bir növ gözlənilən idi. Əlbəttə, hər bir şahmatçı qalib gəlmək istəyir, mən də əlimdən gələni etdim. Lakin kifayət qədər hazırlıq keçə bilməmişdim", - deyə beynəlxalq qrossmeyster bildirib.

G.Məmmədzadə növbəti hədəfinin Avropa çempionatı olduğunu qeyd edib:

"Hələlik dəqiq təqvim bəlli deyil, amma martda Avropa çempionatı var. Bu yarışa hazırlaşacağam".

Qeyd edək ki, ötən il Azərbaycan çempionatının qalibi olan G.Məmmədzadə 1/4 finalda Ayan Allahverdiyevaya uduzaraq mübarizəni dayandırıb.

Xəbər lenti