IMG-LOGO

TƏBİB-in rəhbəri vəzifəsini icra edən Anar İsrafilov kimdir? - BİOQRAFİYA

16 Feb 2026 15:27 3 baxış
IMG
0 0

Xəbər veridyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov işdən çıxarılıb.

TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Lent.az Anar İsrafilovun qısa bioqrafiyasını təqdim edir.

Anar İsrafilov harada anadan olub? 

Anar İsrafilov Bakı şəhərində dünyaya gəlib.

Anar İsrafilov harada təhsil alıb?

Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.

Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsil alıb.

Anar İsrafilov haralarda çalışıb?

Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi də işləyib.

O, 2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Anar İsrafilov kimdir? TƏBİB

Xəbər lenti