Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Əraqçi ilə ölkənin nüvə proqramı üzrə texniki müzakirələri başa çatdırdığını bəyan edib.
"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
"İranın xarici işlər naziri Abbas Əraqçi ilə sabah Cenevrədə keçirilməsi nəzərdə tutulan mühüm danışıqlara hazırlıq çərçivəsində məzmunlu texniki müzakirələri indicə başa çatdırdıq", - R.Qrossi bildirib.
Qeyd edək ki, Omanın vasitəçiliyi ilə fevralın 17-də Tehran və Vaşinqton arasında İranın nüvə proqramı üzrə danışıqlar aparılacaq.