IMG-LOGO

Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə ötən il daşınmış yükün həcmi açıqlanıb

16 Feb 2026 12:54 5 baxış
IMG

2025-ci ildə Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14 milyon 261,4 min ton, avtomobil nəqliyyatı ilə 11 milyon 46,1 min ton, dəniz nəqliyyatı ilə isə 7 milyon 229,7 min ton yük daşınıb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 909,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 173,2 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 804,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 533,6 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 %-ni, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 %-ni, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 93,3 %-ni tranzit yüklər təşkil edib.

Xəbər lenti