IMG-LOGO

Maqnus Karlsen ilk dəfə keçirilən şahmat növündə dünya çempionu olub

16 Feb 2026 10:47 3 baxış
IMG

Norveçli Maqnus Karlsen Almaniyanın Vaysenhauz şəhərində keçirilən Fişer şahmatı üzrə dünya çempionatının qalibi olub.

"Report" xəbər verir ki, Karlsen FİDE-nin himayəsi altında ilk dəfə təşkil olunan bu növ üzrə mundialın finalında amerikalı Fabiano Karuana ilə qarşılaşıb.

Görüş skandinaviyalı qrossmeysterin 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Bürünc medal uğrunda oyunda isə özbəkistanlı Nodirbek Abdusattorov almaniyalı Vinsent Kaymerə eyni hesabla qalib gəlib.

Bununla da M.Karlsen karyerasında 21-ci dünya çempionluğunu qazanıb. 35 yaşlı şahmatçının hesabında həmçinin klassik şahmatda 5, blitsdə 9 və rapiddə 6 dünya çempionluğu var.

Xəbər lenti