IMG-LOGO

Kimlər ölmüş ərinin pensiyasını ala bilərlər? - CAVAB

16 Feb 2026 10:14 2 baxış
IMG
2 0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual vəfat etmiş şəxsin pensiyasının alınması ilə bağlıdır.

Vəfat etmiş şəxsin pensiyasını almaq olar? 

Lent.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, qadının vəfat etmiş ərinin pensiyasını ala bilmək hüququna malik olması üçün o, ya pensiya yaşına çatmalı, ya da orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxs statusuna malik olmalıdır. 

Əgər qadın vəfat etmiş ərinin 8 yaşına çatmamış uşaqlarına, bacılarına, qardaşlarına və ya nəvələrinə baxırsa və işləmirsə, o zaman, bu şərtlərdən asılı olmayaraq, vəfat etmiş ailə başçısının pensiyasını almaq hüququna malikdir. 

pensiya bir sual - bir cavab

Xəbər lenti