IMG-LOGO

Masazırda kişi dəm qazından boğularaq öldü

06 Feb 2024 07:23 135 baxış
IMG

Abşeron rayonu Masazır qəsəbəsində 40 yaşlı kişi dəm qazından boğulub.

Lent.az xəbər verir ki, hadisə Xurşudbanu Natəvan küçəsi 6 ünvanında, fərdi yaşayış evində baş verib.

40 yaşlı kişi (ad soyad dəqiqləşdirilir) hamam otağında dəm qazından boğulub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Xədicə Səxavət

Mənbə: lent.az

Xəbər lenti