IMG-LOGO

Sumqayıtda 61 yaşlı kişini yük maşını vuraraq öldürdü

06.02.2024 01:11 100 baxış
IMG

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Lent.az xəbər verir ki, hadisə Baxçaşəhər adlanan ərazidə baş verib.  

“Mercedes Atego” markalı yük avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Rafael Hümbət oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Fakt araşdırılır.

Xəbər lenti