IMG-LOGO

"Spiegel": Ukraynanın maliyyələşdirilməsi ilə bağlı Münxen danışıqları uğursuz olub

15 Feb 2026 07:31 3 baxış
IMG

Avropa İttifaqı (Aİ) liderləri ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Münxendə Kiyevə maliyyələşdirmə ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Münxen konfransı çərçivəsində Ukrayna tərəfdarları ilə Prezident Zelenski arasında keçirilən görüşdə Berlinin ABŞ-dən silah alışı üçün dondurulmuş 90 milyard avrodan çox Rusiya aktivlərindən istifadə etmək təklifi uğursuz olub.

Xatırladaq ki, 11 fevralda Avropa Parlamenti Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avroluq krediti təsdiqləyib.

Bu məbləğ, Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayenin əvvəllər elan etdiyi kimi, Aİ ölkələri tərəfindən maliyyə bazarlarında ümumavropa kreditinin yerləşdirilməsi yolu ilə toplanıb.

Xəbər lenti