ABŞ Rusiya ilə atəşkəs sazişi imzalanana qədər Ukraynaya təhlükəsizlik təminatları verməyə hazır deyil.
"Report" xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
"ABŞ bizə açıq şəkildə bildirdi ki, onlar mümkün qədər tez sülh bağlamaq istəyirlər. Onlar bütün sənədləri eyni vaxtda imzalamaq istəyirlər. Ukrayna üçün isə əvvəlcə təhlükəsizlik təminatlarını imzalamaq lazımdır", - o qeyd edib.
Zelenski qeyd edib ki, Vaşinqton Kiyevə 15 illik təhlükəsizlik təminatları təklif edib, lakin Ukrayna 20-30 illik təminatlar istəyir.
"Biz bu gün senatorlarla görüşdə dedik ki, investorlar üçün biz təhlükəsizlik təminatlarının müddətini artırmaq istəyirik. İndicə investorlarla, biznes nümayəndələri ilə görüş oldu və onlar üçün 5-10 ildən uzun təminatlar lazımdır. Bu gün bizdə Amerika tərəfindən 15 illik təklif var, biz 20 və 30 il istəyirik, administrasiya və Konqresin nəyə razı olacağına baxacağıq", - Zelenski deyib.