ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) fevralın 3-dən 12-dək Suriyada İŞİD terror qruplaşmasının 30-dan çox hədəfinə kütləvi zərbələr endirib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə CENTCOM-un məlumatında bildirilib.
Həmçinin, qeyd edilib ki, zərbələr əsasən İŞİD-in infrastruktur obyektlərinə və silah anbarlarına endirilib.