IMG-LOGO

Brilliant Dadaşovanın ərinə yeni vəzifə verildi

14 Feb 2026 16:20 3 baxış
IMG
0 0

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.

Lent.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.

Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.

Qeyd edək ki, bu gün Ədalət Hacıyevin Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsindən azad olunması barədə xəbər vermişdik.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

Brilliant Dadaşova Ədalət Hacıyev

Xəbər lenti