IMG-LOGO

Qubada 72 yaşlı qadını maşın vurub ÖLDÜRDÜ

05 Feb 2024 09:20 172 baxış
IMG

Qubada avtomobil qadını vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Xarovşa kəndində qeydə alınıb.

1952-ci il təvəllüdlü Ağarza Məmmədov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Zahidə Həsənovanı vurub. 

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə: lent.az

Xəbər lenti