IMG-LOGO

Çilidə meşə yanğınları qurbanlarının sayı 100-ü keçdi

05.02.2024 05:13 53 baxış
IMG

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Çilinin Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

“Bu günə qədər 99 nəfərin cəsədi qəbul edilib”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Çili Prezidenti Qabriel Boriç 64 nəfərin öldüyünü bildirmişdi. O etiraf edib ki, faciə qurbanlarının sayı artacaq. Ölkədə iki günlük matəm elan edilib.

Fevralın 2-də Prezident yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.

Xəbər lenti