IMG-LOGO

ABŞ Karib dənizində narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib

14 Feb 2026 06:50 3 baxış
IMG

ABŞ Karib dənizində narkotik vasitələri daşıyan gəmiyə zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində xəbər yayıb.

"Kəşfiyyat gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutlarında hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə olunduğunu təsdiqləyib", - paylaşımda deyilir.

Qeyd olunur ki, zərbə nəticəsində üç nəfər ölüb. Amerikanın heç bir hərbi qulluqçusu xəsarət almayıb.

Xəbər lenti