IMG-LOGO

Merts: Almaniya artıq Avropada hegemonluğa can atmır

14 Feb 2026 00:43 3 baxış
IMG

Almaniya Kansleri Fridrix Merts bildirib ki, ölkəsi müdafiə potensialının gücləndirilməsi üzrə səylərə baxmayaraq, artıq Avropada hegemonluğa can atmır.

"Report" xəbər verir ki, F.Merts bunu Münhen Təhlükəsizlik Konfransında bəyan edib.

"Mən tez-tez demişəm ki, biz ən qısa zamanda Bundesveri Avropanın ən güclü ordusuna çevirəcəyik", - o deyib.

Eyni zamanda Merts qeyd edib ki, Almaniya üçün Avropada böyük dövlət siyasəti variant deyil. "Tərəfdaşlıq liderliyi - bəli, hegemonluq xəyalları - xeyr. Biz almanlar bir daha heç vaxt tək hərəkət etməyəcəyik. Bu, tarxin dəyişməz dərsidir", - o vurğulayıb.

Xəbər lenti