IMG-LOGO

Finlandiya Prezidenti: Rusiya strateji baxımdan məğlub olub

14 Feb 2026 01:01 3 baxış
IMG

Rusiya bir neçə - ərazilərin işğalı, NATO-nun genişlənməsinin qarşısının alınması və başqa hədəf qoyaraq, Ukraynaya qarşı müharibəyə başladı və əks-nəticə ilə üzləşərək strateji baxımdan məğlub oldu.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb Münhen Təhlükəsizlik Konfransında ukraynalı jurnalistin Rusiyaya necə qalib gəlməklə bağlı məsləhət istəməsinə cavab olaraq bildirib.

"Düşünürəm ki, siz bu müharibədə qalib gəlirsiniz və bunu deməyimin səbəbi odur ki, Putin strateji baxımdan məğlub olub. Putin Ukraynanı Rusiyaya birləşdirmək istəyirdi, o isə Avropanın oldu, NATO-nun genişlənməsinin qarşısını almaq istəyirdi - Finlandiya və İsveç daxil oldu, müdafiə xərclərimizin azalmasını istəyirdi – onlar artır və indi 5 %-ə çatır (alyansa üzv ölkələrin ÜDM-indən)", - o bildirib.

Prezident qeyd edib ki, məğlubiyyət cəbhədə də davam edir. Müharibə başlayanda Rusiya Ukrayna ərazisinin 12 %-ni işğal etmişdi, bu, 12 il əvvəl idi, o vaxtdan bəri isə 8 %, son 2 ildə isə cəmi 1 %. Dekabrda Ukrayna 34 000 rusiyalı əsgəri məhv edib, Rusiya qoşunların sayını bərpa edə bilməyib.

"Ona görə də cavabım budur - etdiyiniz işi görməyə davam edin və sonda siz qalib gələcəksiniz", - Stubb bildirib.

Xəbər lenti