IMG-LOGO

Tramp Macarıstanda qarşıdan gələn seçkilərdə Orbanı dəstəkləyəcək

13 Feb 2026 21:56 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Macarıstanda apreldə keçiriləcək parlament seçkilərində ölkənin Baş naziri Viktor Orbanı dəstəkləyəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social"da yazıb.

"Viktor Orban fenomenal nəticələr əldə etmiş, həqiqətən güclü və nüfuzlu liderdir. O, öz böyük ölkəsi və xalqı uğrunda yorulmadan mübarizə aparır və onları mənim ABŞ-ni sevdiyim kimi sevir. Viktor Macarıstanın qorunması, iqtisadiyyatın inkişafı, iş yerlərinin yaradılması, ticarətin təşviqi, qeyri-qanuni miqrasiya ilə mübarizə, qanun və qaydanın təmin edilməsi üçün bütün səylərini göstərir", - Tramp yazıb.

O, həmçinin qeyd edib ki, Macarıstanla ABŞ arasındakı münasibətlər əsasən Orbanın sayəsində əməkdaşlığın yeni zirvələrinə və təsirli uğurlara çatıb.

"Mən 2022-ci il seçkilərində Viktoru qürurla dəstəklədim və bunu yenidən etmək mənim üçün böyük şərəfdir. Viktor Orban əsl dost, mübariz və qalibdir, mən onun Macarıstanın Baş naziri vəzifəsinə yenidən seçilməsini tam dəstəkləyirəm - o, əzəmətli macar xalqını heç vaxt məyus etməyəcək", - Tramp əlavə edib.

Xəbər lenti