IMG-LOGO

Pakistanda 5,5 maqnitudalı zəlzələ olub

13 Feb 2026 11:33 5 baxış
IMG

Pakistanın Bəlucistan əyalətində 5,5 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Geoloji Xidmətinə (USGS) istinadən məlumat yayıb.

Xuzdar rayonundan 79 km məsafədə qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər lenti