Şort-trek üzrə Niderland millisinin üzvü Ksandra Velzebur XXV Qış Olimpiya Oyunlarında 500 metr məsafəyə mübarizədə özünə məxsus dünya rekordunu yeniləyərək çempion olub.
"Report" xəbər verir ki, o, sözügedən məsafəni 41.609 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Velzebur yarımfinalda 41.399 saniyə göstərici ilə özünə məxsus olan dünya rekordunu (41.416 saniyə) yeniləyib.
Bu, 24 yaşlı idmançının karyerasında ikinci Olimpiya qızılıdır. Velzebur ilk çempionluğunu 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında estafet yarışında qazanmışdı.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.