IMG-LOGO

AzMİ Bosniya və Herseqovinanın Metrologiya İnstitutu ilə əməkdaşlıq sənədi imzalayıb

13 Feb 2026 10:19 6 baxış
IMG

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) Bosniya və Herseqovinanın Metrologiya İnstitutu (IMBIH) ilə razılaşma sənədi imzalayıb.

"Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, sənədin məqsədi metrologiya sahəsində elmi və texniki əməkdaşlığın gücləndirilməsi, texniki bilik və təcrübə mübadiləsi, etalonların hazırlanması və təkmilləşdirilməsi, eləcə də birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsidir. Bundan əlavə, sənəddə qanunverici və sənaye (tətbiqi) metrologiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması və metroloji xidmətlərin beynəlxalq səviyyədə tanınmasına dair məsələlər əksini tapıb.

Sənəd çərçivəsində tərəflər birgə elmi-tədqiqat fəaliyyətləri həyata keçirəcək, o cümlədən metroloji xidmətlər üzrə qarşılıqlı dəstəyin göstərilməsi, təlim proqramları və praktiki seminarların təşkili istiqamətində əməkdaşlıq edəcəklər.

Əlavə olaraq, laboratoriyalararası tutuşdurmalarda iştirak, laboratoriyaların beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi və uyğunluğun qiymətləndirilməsi prosedurları üzrə təcrübə mübadiləsinə imkan yaradılacaq.

Xəbər lenti