"Los-Anceles Leykers"in 41 yaşlı basketbolçusu Lebron Ceyms NBA tarixində tripl-dabl edən ən yaşlı oyunçu ünvanına sahib çıxıb.
"Report" xəbər verir ki, təcrübəli basketbolçu bu rekorda müntəzəm çempionatın "Dallas Maveriks" ilə matçında imza atıb.
Görüş "Los-Anceles Leykers"in 124:104 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində 28 xal, 10 ribaund və 12 assistlə yadda qalan L.Ceyms Karl Melouna (40 yaş) məxsus olan rekordu yeniləyərək adını tarixə yazdırıb.