Çilidə meşə yanğınları baş verib.
Lent.az xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində 19 nəfər ölüb.
Baş vermiş 92 yanğın hadisəsindən 40-ı lokallaşdırılıb.
Daha əvvəl 10 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirilirdi.
Çili prezidenti Qabriel Boric fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib.
7 min hektardan çox ərazi yanıb.