IMG-LOGO

IEA: Azərbaycan yanvarda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb

13 Feb 2026 09:27 3 baxış
IMG

Azərbaycanda neft hasilatı bu ilin yanvar ayında gündəlik 460 min barel təşkil edib və ötən ilin dekabr səviyyəsindən 10 min barel azdır.

Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın yanvar ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 90 min bareldən çox geri qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 550 min barel təşkil edir.

Xəbər lenti