IMG-LOGO

"Goldenpay" təşkilati-hüquqi formasını dəyişir

13 Feb 2026 09:30 3 baxış
IMG

"Goldenpay" ASC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

"GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 12,5 milyon manatdır. Şirkət Hesab.az onlayn ödəmə portalının sahibidir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə ona elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Xəbər lenti