IMG-LOGO

Neft ABŞ-nin İran və Venesuela ilə münasibətlərindəki gərginliyin azalması fonunda ucuzlaşıb

13 Feb 2026 09:58 3 baxış
IMG

Dünya bazarlarında neft ABŞ-nin İran və Venesuela ilə münasibətlərindəki gərginliyin azalması fonunda ucuzlaşıb.

"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 0,07 % azalaraq bir barel üçün 67,47 ABŞ dolları, Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin mart fyuçersləri isə 0,11 % azalaraq 62,77 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp növbəti ay ərzində İranla razılaşmaya nail olunacağına ümid etdiyini bildirib.

Xəbər lenti