IMG-LOGO

Norveçlə Fransa Ukraynaya 700 milyon dollardan çox hərbi yardım ayıracaq

13 Feb 2026 03:21 4 baxış
IMG

Fransa və Norveç Ukraynaya müşahidə və vəziyyətdən xəbərdar olma sahələrində, eləcə də aviasiya bombaları ilə bağlı yeni imkanlar yaradacaq saziş bağlayıb.

"Report" xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında yer alan məlumatda deyilir.

"Ukrayna işğaldan sonra dördüncü qışını yaşayır. Rusiya hücumları nəticəsində ölkə nəhəng hərbi, mülki və humanitar ehtiyaclarla qarşı-qarşıyadır. Norveç və Fransa arasındakı yeni saziş bizə Ukraynanın ehtiyac duyduğu imkanların təmin edilməsində əməkdaşlığa şərait yaradır", – deyə Norveç Baş naziri Yonas Qar Störe qeyd edib.

Bəyanatda bildirilib ki, saziş Norveç və Fransaya unikal zəruri müdafiə avadanlıqlarının fransız istehsalçılarından alınması və ya Fransanın ehtiyatlarından təmin edilməsi yolu ilə çatdırılmasında əməkdaşlıq imkanı verir. İlk mərhələdə Norveç təxminən 4,2 milyard norveç kronu (440 milyon dollar) ayırır, Fransa isə təxminən 3 milyard norveç kronu (300 milyon dollar) məbləğində kreditə zəmanət verir.

Xəbər lenti