IMG-LOGO

Yaponiya sahillərində güclü zəlzələ baş verib

13 Feb 2026 03:56 4 baxış
IMG

Yaponiya sahillərində 5,5 gücündə zəlzələ baş verib.

"Report"un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, yeraltı təkanlar Yaponiyanın cənubundakı Okinava prefekturası yaxınlığında qeydə alınıb.

Məlumata görə, zəlzələnin mərkəzi təxminən 300 min insanın yaşadığı Naha şəhərindən 106 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər lenti