IMG-LOGO

Zelenski: Rusiya energetika obyektlərinə kütləvi zərbələr endirib

12 Feb 2026 23:17 4 baxış
IMG

Rusiya ordusu fevralın 12-nə keçən gecə Ukraynanın enerji obyektlərinə 25 ballistik və bir qanadlı raket, həmçinin 200-dən çox dron tətbiq edərək zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.

"Energetikaya növbəti kütləvi zərbə - yenə çox sayda ballistik raketdən istifadə olunub. Rusiyanın bütün bu vasitələrinin əksəriyyəti məhz energetika obyektlərinə qarşı yönəlmişdi: bu gecə 24 ballistik raket, daha bir qanadlı raket, həmçinin 200-dən çox dron buraxılıb", - deyə o yazıb.

Zelenski bildirib ki, hazırda Kiyev, Odessa və Dnepropetrovskda zərbələrə məruz qalan infrastrukturun bərpası işləri aparılır.

Xəbər lenti