IMG-LOGO

Tramp İranla sazişin mümkün bağlanma vaxtını açıqlayıb

12 Feb 2026 23:47 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp martda İranla saziş bağlamağı planlaşdırdığını bəyan edib.

"Report" xəbər verir ki, Amerika administrasiyasının başçısı bunu Ağ Evdə jurnalistlərə açıqlayıb.

"Yəqin ki, gələn ay ərzində", - o, müvafiq sualı cavablandırıb.

Bununla yanaşı, Tramp danışıqlar pozulsa, İranı ağır mərhələnin gözlədiyini proqnozlaşdırıb.

"İranlılarla mənə lazım olduğu qədər danışacağam. Əgər onlarla sazişə nail ola bilməsək, ikinci mərhələyə keçəcəyik. İkinci mərhələ onlar üçün çox ağır olacaq. Mən bunu istəmirəm", - ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar fevralın 6-da Omanda keçirilib. Tramp onları uğurlu adlandırıb və dialoqun davam etdiriləcəyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi də danışıqları müsbət qiymətləndirib.

Xəbər lenti