Fransanın Nitsa şəhərində mühafizəçi reanimasiyada olan xəstəni zorlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, təxminən 10 il Pasteur xəstəxanasında işləyən 54 yaşlı mühafizəçi tibb bacılarından biri tərəfindən cinayət başında yaxalanıb. Tibb bacısı mühafizəçinin anestezinin (narkoz) təsirində olan xəstəni cinsi zorakılığa necə məruz qoyduğunu görüb. Qadın zorakılıq hərəkətini telefonunun kamerasına çəkib və sözlərinin təsdiqi kimi ortaya çıxan görüntülərdən istifadə edib.
Dindirmə zamanı mühafizəçi faktları təkzib edib. Lakin fotoşəkillər təqdim edildikdən sonra cinayətini boynuna alıb və həbsə göndərilib. Şübhəlinin evli və uşaqları olduğu məlum olub.
Hazırda müstəntiqlər başqa xəstələrin onun pozğun hərəkətlərindən əziyyət çəkib-çəkə bilməyəcəyini araşdırırlar. Mənbənin sözlərinə görə, tibb bacısına qarşı ilk şübhələr 2019-cu ildə yaranıb, lakin o zaman toplanmış sübutlar ittiham irəli sürmək üçün kifayət etməyib.