IMG-LOGO

Azərbaycan Basketbol Liqasının XVII turunda "Naxçıvan" qələbə qazanıb

12 Feb 2026 20:50 2 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün yeganə matçında "Naxçıvan" "Sumqayıt"ın qonağı olub.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan matç "Naxçıvan"ın 110:107 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün "Sərhədçi" səfərdə "Lənkəran"ı məğlub edib - 83:69.

Xəbər lenti