IMG-LOGO

SOCAR keçən il 2 milyon tondan çox neft-kimya məhsulları ixrac edib

12 Feb 2026 21:00 2 baxış
IMG

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı müəssisələrində istehsal olunan 2 milyon 168 min 942 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 140 min 700 ton və ya 6,1 % azdır.

Qeyd edək ki, 2024-cü ildə SOCAR-ın ölkədəki müəssisələrində istehsal edilən 2 milyon 309 min 642 ton neft, neft-kimya və qaz-kimya məhsulları ixrac edilib.

Xəbər lenti