IMG-LOGO

Belçika və Azərbaycan liman sahəsində əməkdaşlığı müzakirə edib

12 Feb 2026 18:41 2 baxış
IMG

Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon və Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov liman sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Tərəflər regionlar arasında ticarət dəhlizlərinin və nəqliyyat infrastrukturunun inkişafı üzrə səylərin əsas elementi olan liman sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda bildirilib.

Görüşdə Belçikanın Azərbaycandakı konsulu da iştirak edib.

Xəbər lenti