IMG-LOGO

Seda Sayandan Çağlar Öktenlə bağlı ETİRAF: "Dərhal evlənməliyik, dedim" - VİDEO

12 Feb 2026 16:14 3 baxış
IMG
2 0

Türkiyəli tanınmış aparıcı və müğənni Seda Sayan həyat yoldaşı Çağlar Ökten ilə tanışlığı və evlilik qərarı barədə səmimi açıqlamalar verib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Arem & Armanın YouTube proqramında qonaq olan sənətçi bildirib ki, münasibətləri uzun sürən nişanlılıq dövründən keçməyib. Onun sözlərinə görə, Öktenlə tanış olduqdan qısa müddət sonra evlənmək qərarı verib.

“Uzun bir “flört” dövrümüz olmadı. Tanış oldum və". Sanki onu qaçırdım. Yaxşı ki, də belə etdim. Yerimədim, qaçdım və özümü nikah masasında tapdım. Ona dedim ki, mənə təşəkkür edəcəksən və hər gün “yaxşı ki” deyəcəksən. O da hər gün bunu deyir”, – Sayan qeyd edib.

Cütlük 2022-ci il aprelin 24-də ailə qurub.  

Sizin brauzer video tagını dəstəkləmir. Seda Sayan maqazin Çağlar Ökten

Xəbər lenti