Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün əlavə 1 000 ədəd çoxməqsədli "Martlet" raketi verir.
"Report" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qurumdan qeyd edilib ki, raketlər Belfastda istehsal olunur.
"Onlar Ukraynanın infrastrukturunun və şəhərlərinin Rusiyanın getdikcə güclənən raket-dron zərbələrindən qorunması üçün son dərəcə vacib olacaq", – məlumatda bildirilib.
Bu gün Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən əvvəl Britaniyanın müdafiə naziri Con Hili Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün əlavə 500 milyon funt sterlinq (681,4 milyon dollar) ayrıldığını elan edib.