2025-ci ildə BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 2,4 milyon ABŞ dollar vəsait xərcləyiblər.
"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin ötən ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 0,9 milyon ABŞ dolları və ya 60 % çoxdur.
Bildirilib ki, 2025-cü il ərzində bu layihələrə hazırda davam edən 25 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ötən il təxminən 1,8 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2024-cü illə müqayisədə 0,1 milyon ABŞ dolları və ya 5,9 % çoxdur.
Bunlara 24 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 2 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 14 konfrans və seminara dəstək, yəni ümumilikdə 47 layihə daxildir.