IMG-LOGO

Viktor Orban: Aİ iqtisadiyyatı çökmüş vəziyyətdədir

12 Feb 2026 14:42 3 baxış
IMG

Avropa İttifaqının (Aİ) bugünkü qeyri-rəsmi sammiti Avropa iqtisadiyyatının çöküşü səbəbindən çağırılıb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Brüssel yaxınlığındakı Alden Bissen qəsrində sammit başlamazdan əvvəl bildirib.

"Brüsseldə deyilib ki, Avropa rəqabət qabiliyyətini itirir. Biz Avropa iqtisadiyyatının çöküşdə qalmaması, yenidən yüksəlməyə və inkişaf etməyə başlaması üçün nə etmək lazım olduğunu müzakirə etmək məqsədilə toplaşmışıq", - Orban deyib.

Onun sözlərinə görə, iqtisadi bərpanın əsas şərti Ukraynadakı müharibənin tezliklə başa çatmasıdır: "Birincisi, müharibə iqtisadiyyata zərər vurur, ona görə də mümkün qədər tez sülhə nail olmaq lazımdır. İkincisi, əgər sizin və Aİ-nin pulları varsa, və əgər onlar sizə lazımdırsa, o zaman onları başqa yerə göndərməyin. Məsələn, Ukraynaya göndərməyin".

Orban həmçinin Avropa şirkətlərinin rəqabət qabiliyyətini dəstəkləmək üçün enerji qiymətlərinin aşağı salınması üzrə qərarların qəbul edilməsinin zəruriliyini vurğulayıb. "Bu, bizim etməli olduğumuz işdir, hər şey çox sadədir", - Baş nazir əlavə edib.

O qeyd edib ki, hər bir ölkə, Macarıstanın etdiyi kimi, nə təhdidlərə, nə də şantaja boyun əymədən öz suverenliyini qorumalıdır. Bununla o, bu həftənin əvvəlində Aİ ölkələrinin hökumətlərinə göndərilən və ittifaqın üzv dövlətlərinin veto hüququndan yan keçmək imkanının qeyd olunduğu məktubu şərh edib.

Xəbər lenti